ABŞ Dövlət Departamenti amerikalıları Çinə səfər etməməyə çağırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında bildirilir.

Məlumata görə, xəbərdarlıq qanunsuz həbs riski ilə bağlıdır:

“ABŞ rəsmiləri öz vətəndaşlarını Çinə, eləcə də xüsusi inzibati rayonlar Makao və Honq Konqa səfər edərkən ehtiyatlı olmağa çağırır”.