Putin onun üçün ağlayan qızı Kremldə qəbul etdi - Video
Rusiya Prezidenti Vladimir Putin Dərbənddə onunla görüşə bilmədiyinə görə ağlayan məktəbli qızı Rəisət Akipovanı Kreml sarayında qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Rusiya 24” telekanalı məlumat yayıb.
Məktəbli ilə birlikdə onun valideynləri Əhməd və Kultum Akipovlar da dövlət başçısı ilə görüşüb.