İsrail qüvvələrinin Cenin şəhərində keçirdiyi əməliyyat rəsmən başa çatıb, hərbçilər ərazini tərk ediblər.

BUTA.TV xəbər verir ki, bu barədə “Agens Frans-Press” İsrail ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bazar ertəsi gecə İsrail ordusu Cenin və eyni adlı qaçqın düşərgəsində genişmiqyaslı əks-terror əməliyyatına başladığını elan edib. Əməliyyatın ilk günündə yaraqlıların infrastrukturuna hava zərbələri endirilib.

Ötən gün axşam saatlarında isə Baş nazir Netanyahu antiterror əməliyyatının baş çatdığını rəsmən elan etdi.