Cimi Hendriksin “Epiphone Wilshire” gitarası 1,25 milyon dollara satışa çıxarılıb.

Kult.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

“Əfsanəvi musiqiçinin 1961-ci ildə istifadə etdiyi “Epiphone Wilshire” gitarası 1,25 milyon dollara satışa çıxarılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Hendriks 1970-ci ilin sentyabrında 27 yaşında vəfat edib. O, “Cimi Hendriks Experience” qrupunun yaradıcısı, vokalçısı və gitaraçısı olub.