Təşkilatda belə bir hiss var ki, Azərbaycan çoxdan bizim sıralardadır.

BUTA.TV xəbər verir ki, bunu OPEK-in baş katibi Heysəm əl-Qais deyib.

"Azərbaycan təşkilata üzv olsa, OPEK şad olar", - Qais bildirib.

Eyni zamanda o, OPEK-in Azərbaycana rəsmi dəvət göndərmədiyini qeyd edib.

Öz növbəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə bildirib ki, ölkə hələ OPEK-ə daxil olmaq barədə düşünmür:

"Bəzən belə suallar yaranır, lakin biz bunu hazırda nəzərdən keçirmirik".

Qeyd edək ki, hazırda Azərbaycan yalnız OPEK+ sazişinin iştirakçısıdır.