Baxmut istiqamətində situasiya olduqca aktivdir.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, Rusiya qoşunları Baxmutda faktiki olaraq tələdədir:

“Çünki onlar bir tərəfdən şəhərin böyük hissəsinə nəzarət edirlər, biz isə cənub-qərb hissəsinə nəzarət edirik. Lakin onlar şəhərdə hərəkət edə bilmirlər, çünki ordumuz buna imkan vermir. Ruslar faktiki olaraq şəhərdən çıxa bilmirlər. Baxmut ətrafında, cinahlar boyu - cənub cinahında irəliləyirik, şimal cinahında döyüşlər gedir”, - deyə Malyar vurğulayıb.