Fransa səfiri Bakıda “Mehriban ailə”yə rəqs etdi – Video
Xəbər verdiyimiz kimi, iyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.
BUTA.TV xəbər verir ki, Məzun Günündə universitetin professor-müəllim heyəti ilə yanaşı, millət vəkilləri, səfirlər və diplomatlar iştirak ediblər.
Tədbirin bədii hissəsində Fransa səfiri Ann Buayonun tələbələrlə birgə “Biz mehriban ailəyik” mahnısına rəqsi sosial şəbəkələrdə maraqla qarşılanıb.