İqor Xovayev Bakı yenə Bakıya gəlir
Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakı və İrəvana səfər edəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, bu səfər tərəflər arasında mövqelərin yaxınlaşmasına kömək edəcək.
Səfərin dəqiq tarixi açıqlanmayıb.