Lənkəran şəhərinin Sütəmurdov kəndində 400 m² sahədə quru ot və dəmir yolu xəttində 63 ədəd taxta şpal qismən yanıb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Dəmir yolu xəttinin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.