Rusiya HHM-ləri işə düşdü: Bir neçə PUA vuruldu
Rusiyanın havadan müdafiə sistemləri Belqorod vilayəti üzərində bir neçə PUA-nı məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov deyib.
O, insident zamanı bir evin zərər gördüyünü bildirib.
Qubernator əraziyə operativ qəza-xilasetmə xidmətlərin cəlb edildiyini də əlavə edib.