Rusiyada zavodda partlayış: ölənlər var
Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərindəki “Promsintez” zavodunda partlayış olub.
BUTA.TV xəbər verir ki, məlumatı TASS yayıb.
Hadisə zamanı 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
İlkin məlumata görə, partlayış texniki boru kəmərində yanğın zamanı baş verib.
Qeyd edək ki, “Promsintez” zavodu partlayıcı maddələrin istehsalı ilə məşğuldur.