Qazaxıstan və Özbəkistanın ardınca rusiyalı müğənni Qriqori Lepsin Qırğızıstanda da konserti ləğv edilib.

Kult.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.

Məlumata görə, konsert avqustun 2-də baş tutmalı idi, lakin sosial şəbəkə istifadəçiləri konsertin ləğvini tələb ediblər. Bununla da Lepsin konserti ləğv edilib.