Yanğının baş verdiyi “Panorama” hotelinin bu gün açılışı planlaşdırılmışdı.

BUTA.TV xəbər verir ki, ikimərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansard hissəsi tamamilə yanıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi hesabına yağın 14:26-da tam söndürülüb.

Hotelin birinci mərtəbəsi, həyətdə olan kotteclər və yardımçı tikililər yanğından qorunub.

Yanğının səbəbi araşdırılır.