Slovakiya və Ukrayna arasında əldə edilən müqaviləyə görə, “Zuzana 2” haubitsalarının ilk tədarükü bu yay gözlənilir.

BUTA.TV xəbər verir ki, bunu Slovakiya Prezidenti Zuzana Çaputova deyib.

" Ukrayna üçün "Zuzana" haubitsasının istehsalına dair müqavilə bağlamağa nail olduq. Birinci (haubitsalar - red.) bu yay təhvil verilə bilər", - Çaputova Zelenski ilə görüşündən sonra birgə mətbuat konfransında deyib.