Beynəlxalq hüquq baxımından İrəvan və Bakı beynəlxalq ictimaiyyətin Azərbaycan ərazisi hesab etdiyi bir məsələni müzakirə edir. Burada bizim mövqelərimiz xeyli zəifləyib.

BUTA.TV xəbər verir ki, bu sözləri iyulun 7-də parlamentdə “Mülki müqavilə” fraksiyasının deputatı Gevorq Papoyan deyib.

“Əgər siz problemi ərazi məsələsinə çevirsəniz, onda sizin heç bir müttəfiqiniz olmayacaq”, - Papoyan bildirib.

O qeyd edib ki, indiki mərhələdə biz heç olmasa əmin olmalıyıq ki, insanlar orada təhlükəsiz yaşasınlar, bundan sonra qalan məsələlər sonra müzakirəyə çıxarılsın:

“Üstəlik, Bakı və Xankəndi bunları bir-biri ilə müzakirə etməlidir, o zaman Bakı və İrəvan məsələni müzakirə edəndə Xankəndinin mövqeləri qat-qat güclü olacaq”.