ABŞ nümayəndələrinin Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə gizli danışıqlar aparması ilə bağlı son günlər mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

"Bu suala görə sizə minnətdaram, çünki bu nəşrlərdə əslində baş verməyən bir şey haqqında danışılırdı", - deyə Sallivan bu yöndə verilən suala cavabında deyib.