Batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olundu
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Sabirabad” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində xilasetmə əməliyyatı həyata keçirib.
FHN-dən BUTA.TV-a bildirilib ki, əməliyyat nəticəsində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.