Polşa Prezidenti Andjey Dudanı İtaliyanın faşist lideri Benito Mussolini ilə müqayisə edən Varşava hakimi Remigiuş P.-yə töhmət verilib.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsinin Peşəkar Məsuliyyət Palatasının qərarında bildirilib.

Qeyd edək ki, sözügedən hakim Dudanın şəkli olan postun altında belə yazmışdı: “Amma o, Mussolini kimi olmaq istəyirdi”.