ABŞ hərbçilərinin Suriyaya endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

"Mərkəzi Komandanlıq İŞİD-in Suriyanın şərqindəki lideri Üsamə əl-Muhacirin ölümünə səbəb olan zərbə endirib. Zərbə zamanı mülki əhalinin öldüyünə dair heç bir dəlil yoxdur. Koalisiya mülki şəxslərin xəsarət alması ilə bağlı xəbərləri araşdırır", - məlumatda deyilir.

Qeyd olunur ki, zərbə MQ-9 pilotsuz uçuş aparatı ilə həyata keçirilib.