NATO-dan Ukraynaya sürpriz – Kuleba açıqladı
NATO üzvləri Ukraynanın Alyansa sadələşdirilmiş qaydada - Üzvlük üzrə Fəaliyyət Planı həyata keçirilmədən qəbul edilməsinə razılıq veriblər.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O, üzvlük vaxtı barədə heç nə deməyib:
“Gərgin danışıqlardan sonra bu qərar qəbul edildi. NATO-ya gedən yolumuzu qısaldan və çoxdan gözlənilən qərarı alqışlayıram. Bu həm də Ukraynanın üzv olmağa dəvət məsələsinə aydınlıq gətirmək üçün ən yaxşı məqamdır”, - o bildirib.