Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərində Aftab Neft Şirkətinin bitum anbarında yanğın baş verib.

BUTA.TV xəbər verir ki, hadisə yerinə 3 yanğınsöndürmə maşını göndərilsə də, yanğını hələ də söndürmək mümkün olmayıb.

Yanğın nəticəsində indiyədək 4 nəfərin yaralandığı deyilir.