Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Baydenin görüşünün vaxtı bəlli olub.

BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, iki ölkə lideri iyulun 11-də yerli vaxtla saat 18:00-da görüşəcək.

Liderlərin ikitərəfli əlaqələrlə yanaşı, NATO-nun genişlənməsini və Ukraynadakı müharibəni müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, liderlər NATO-nun Vilnüsdə keçiriləcək sammiti çərçivəsində bir araya gələcəklər.