Azərbaycanlı atlet Ramil Quliyev növbəti dəfə Türkiyə çempionu olub.

BUTA.TV xəbər verir ki, “Fənərbağça” klubunun üzvü olan idmançı 200 metr məsafəyə qaçışda birinci yeri tutub.

Qeyd edək ki, R.Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.