Xəzər dənizində 3 maqnitudalı zəlzələ olub.

BUTA.TV xəbər verir ki, məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən,11.07.23 tarixində yerli vaxtla saat 02:44-də Xəzər dənizində zəlzələ qeydə alınmışdır", - məlumatda bildirilib.

Zəlzələ ocağı yerin 9 kilometr dərinliyində qeydə alınıb.