Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqa qar yağıb.

BUTA.TV xəbər verir ki, iyul ayı Cənub yarımkürəsində qış ayı olsa da, burada sonuncu dəfə qar 2012-ci ildə, yəni 11 il bundan əvvəl yağıb.

Mütəxəssislər bu hadisəni son vaxtlar dünyada baş verən iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.

Sinoptiklər qarın bir həftə davam edəcəyini proqnozlaşdırırlar.