Mövlud Çavuşoğluna yeni vəzifə verildi
Türkiyə Böyük Millət Məclisinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluna yeni vəzifə verilib.
BUTA.TV xəbər verir ki, Çavuşoğlu Türkiyənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri təyin olunub.
Xatırladaq ki, M.Çavuşoğlu 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb.