Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyulun 11-i "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində yaralanan və xəstəxanada müalicə alan Ərdəm Kavlak bu gün dünyasını dəyişib.