Ukrayna bir gecədə 11 “Şahid”i məhv etdi
Ukrayna ordusu iyulun 12-nə keçən gecə ölkəyə hücum edən 15 PUA-dan 11-ni məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
“İyulun 12-nə keçən gecə rus işğalçıları İran istehsalı olan “Şahid-136/131” PUA-ları ilə şimal-şərq istiqamətindən (Kursk) Ukraynaya hücum edib. Ümumilikdə hücuma 15 kamikadze dron cəlb edilib. Onlardan 11-i məhv edilib”, - məlumatda deyilir.