Vilnüsdə ABŞ Prezidenti Co Baydenlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş başlayıb.

BUTA.TV xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan görüşdən əvvəl deyib ki, Bayden Zelenskiyə sammitdə ölkənin NATO-ya qəbul edilməməsinin səbəbini açıq şəkildə bildirəcək.

Qeyd olunub ki, görüşdə Ukraynaya uzaqmənzilli ABŞ raketlərinin tədarükü müzakirə olunacaq.