Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan 1 PKK terrorçusunun təslim olduğunu bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin sosial media hesablarında məlumat verilib.

Qeyd edilib ki, hərbçilərin təşkil etdikləri əməliyyatlar nəticəsində İraqın şimalındakı sığınacaqlardan qaçan 1 PKK terrorçusu Habur sərhəd məntəqəsində təslim olub.