Polşa Baş naziri Mateuş Moravetski keçmiş prezident Mixail Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib.

BUTA.TV xəbər verir ki, bu barədə Moravetski Tvitter hesabında yazıb.

"Biz dostlarımızı çətinlikdə qoymuruq", - baş nazir Tvitter hesabında qeyd edib.