Rusiyada kənd yanır - Video
Rusiyanın Sverdlovsk vilayətinin 170 evdən ibarət olan Şaydurixa kəndində yanğın artıq 27 evi əhatə edib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix məlumat verib.
O bildirib ki, yanğın səbəbilə 58 nəfər müvəqqəti olaraq Nevyansk Mədəniyyət Evinə köçürülüb.