Türkiyə xarici işlər naziri Hakan Fidan İndoneziyaya səfər edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər 13-15 iyul tarixlərində reallaşacaq.

XİN başçısının ASEAN-Türkiyə Dialoq Tərəfdaşlığı Üçtərəfli Toplantısında iştirak edəcəyi gözlənilir.