Özəl hərbi şirkətlərinin qanuniləşdirilməsi sadə deyil, bu, hökumət və Dövlət Dumasında müzakirə edilməlidir. Hələ ki, hüquqi olaraq belə şirkətlər, o cümlədən “Vaqner” mövcud deyil.

BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Vaqner” var, lakin hüquqi olaraq mövcud deyil”, - deyə Kreml rəhbəri bildirib.