Tacikistan və Əfqanıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 00:49-da qeydə alınıb. Təbiət hadisəsinin episentri Almatı şəhərindən 823 km məsafədə yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub.

İtki və tələfatla bağlı məlumat yoxdur.