Ukrayna Rusiyaya PUA ilə hücum etdi – Video
Gecə saatlarında Kurçatova (Rusiyanın Kursk vilayətində şəhər – red.) PUA düşüb, itkilərimiz yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru Roman Starovoyt deyib.
“Gecə saatlarında Kurçatov şəhərinə PUA düşüb. Xoşbəxtlikdən sakinlərdən heç biri xəsarət almayıb. PUA-nın düşməsi və sonradan partlaması nəticəsində kritik obyektlərə zərər dəyməyib”, - o bildirib.
Qubernator əlavə edib ki, yaşayış binasının fasadı zədələnib və və şüşələri sınıb.