Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejava sürücüsü ilə birlikdə Tokioda hücuma məruz qalıb.

BUTA.TV xəbər verir ki, bu barədə səfirin özü Tvitter səhifəsində yazıb.

O, naməlum şəxsin ön qapıdan arxa oturacağa hücumunu əks etdirən bir saniyəlik video yayıb:

“Birdən o, maşınının qapısını açıb hücuma keçdi. Bu biabırçılıqdır. Səfirlik sürücüsünə soyuqqanlı davranışına görə təşəkkür edirəm”.