İyulun 14-də qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyadakı təlim-məşq toplanışı çərçivəsində beynəlxalq yoldaşlıq oyunu keçirib.

BUTA.TV xəbər verir ki, Latviya yığması ilə oyun 1:1 hesabı ilə nəticələnib.

Millimizin heyətində Alina Dorofoyeva fərqlənib.

Komandalar arasında növbəti oyun iyulun 17-də keçiriləcək.