Cənubi Koreyada yağan şiddətli yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

BUTA.TV xəbər verir ki, təbiət hadisəsi nəticəsində 21 nəfər həyatını itirib.

Bundan başqa, Çunqju şəhərində çayın daşması zamanı 1 yol çöküb, yolun üzərindəki 19 avtomobil isə sulara qərq olub.

Bölgədə 1500-dən çox insanın sığınacaqlara yerləşdirildiyi bildirilib.

Ölən, yaralanan və itkin düşənlərin sayının artacağı ehtimal edilir.