Bakıda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Suraxanı rayonu ərazisində iki evdən ümumilikdə 3100 manat dəyərində məişət əşyaları oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.