Əfqanıstanda Talibanın 4 hərbçisi öldürüldü
“Əfqanıstanın azadlığı uğrunda islam hərəkatı”nın üzvləri tərəfindən Talibanın 4 hərbçisi öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə hərəkatdan məlumat verilib.
Məlumata görə, hücum Nanqarhar əyalətinin şimalında baş verib. Hücum zamanı rayon administrasiyasının rəhbəri də daxil olmaqla, iki nəfər də yaralanıb.