Rusiyada 1,5 min kv.m-lik tikili yandı
Rusiyanın Arxangelsk vilayətinin Admiral Kuznetsov küçəsində ev N15-də yerləşən taxta konstruksiyadan ibarət tikilidə güclü yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə Baş İdarəsi məlumat yayıb.
Yanğının sahəsi 1500 kv.m-i əhatə edib.
Əvvəlcə üç çoxmənzilli binaya təhlükə yaransa da, sonradan yanğınsöndürənlər bu təhlükəni aradan qaldırıblar.