Rusiyada hərbi hospital yandı
Rusiyanın Bryansk regionunda veteranlar üçün hərbi hospital yanıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
Bildirilir, bu, xəstəxana binasında ilk yanğın hadisəsi deyil. İyunun 18-də də orada yanğın olub.
Qurbanlar və yanğının başvermə səbəbləri ilə bağlı məlumat yoxdur.
Hazırda fövqəladə hallar xidməti yanğını söndürməyə çalışır.