Rusiyanın Sankt-Peterburq şəhərində polipropilen istehsalı müəssisəsində yanğın baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Yanğın 700 kv.m sahəni əhatə edib.

Məlumata görə, yanğın artıq lokallaşdırılıb. Tələfatla bağlı məlumat verilməyib.