Krım körpüsündə baş verən partlayışdan sonra peyk görüntüləri yayılıb.

BUTA.TV xəbər verir ki, ABŞ-ın "Maxar Technologies Inc" şirkətinin yaydığı görüntülərdə körpüyə ziyan dəydiyi aydın görünür.

"Maxar" peyki şəkilləri iyulun 17-də çəkib. Fotonu jurnalist Kristofer Miller yayıb.

Qeyd edək ki, iyunun 17-də Krımdakı Kerç körpüsünə PUA-larla hücum olub. Rusiya Ukraynanı, Ukrayna isə Rusiyanı körpüyə zərbə endirməkdə günahlandırır.