Krım körpüsünün vurulmasına ABŞ-dan reaksiya...
Krım körpüsündə baş verən partlayışda Ukraynanın, yaxud digər bir tərəfin əli olduğunu təsdiqləyə bilmərik.
BUTA.TV xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Sabrina Sinqx deyib.
O, hər iki tərəfin açıqlamalarını təsdiqləyə bilməyəcəyini bildirib.
Bununla yanaşı, Sinqx Krımın Ukraynaya məxsusluğunu bir daha xatırladıb.