Ukrayna ordusu Rusiyaya məxsus 25 “Şahid” PUA-sını məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukayna mediası məlumat yayıb.

Məlumata görə, PUA-ların 21-i Odessa, 4-ü isə Nikolayev vilayətinin səmasında vurulub.

Odessada vurulan raketlərin parçaları infrastruktur obyektlərinə, bir neçə fərdi evə ziyan vurub. Bir nəfər yaralanıb.