Ukrayna kəşfiyyatı Surovikinlə bağlı məlumat yaydı
Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı, general Sergey Surovikin Rusiya ərazisindədir, o, səlahiyyətlərindən qismən məhrum edilib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin spikeri Andrey Yusov deyib.
O bildirib ki, Rusiyada “Vaqner”in təsisçisi Yevgeni Priqojinin uğursuz üsyanından sonra “qurbağalar gürzələrlə yarışır” və Surovikin faktiki olaraq səlahiyyətlərindən məhrum edilib:
“Onun gələcək taleyinə gəlincə, bu barədə hələ qərar verilməyib”.