ABŞ atom sualtı qayığı 40 ildən sonra ilk dəfə bu ölkədə
Göyərtəsində ballistik raketləri olan ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji nüvə sualtı qayığı Busan limanındadır.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı “Röyters” ABŞ administrasiyasının Hind-Sakit okean regionu üzrə koordinatoru Kurt Kempbellə istinadən yayıb.
Qeyd olunur ki, bu, 1980-ci illərdən sonra Cənubi Koreyaya ilk səfərdir.