İranın şimalında güclü zəlzələ baş verdi
İranın şimalında 4,7 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 93,5 min nəfər əhalisi olan Behşəhr şəhərindən 26 km şimal-şərqdə 35 km dərinlikdə yerləşib.
Həlak olanlar və dağıntılar barədə məlumat yoxdur.